• HADİSƏ

    21:05 24 mart 2019

Sabirabadda “Mercedes” motosikleti vurub 

Sabirabad rayonu Qaratəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Horadiz avtomagistralının 35-ci kilometrliyində olub.

Motosikletlə “Mercedes” markalı avtomaşının toqquşması nəticəsində İmişli rayon sakinləri, 1993-cü il təvəllüdlü Behbutov Mədət Fərahim oğlu və 1998-ci il təvəllüdlü behbutov Namiq Niyamədin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar dərhal Sabirabad rayonu mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR