Sabirabadda mikroavtobusun vurduğu azyaşlı ölüb
  • HADİSƏ

  • 15:02 07 İyul 2019

Sabirabadda mikroavtobusun vurduğu azyaşlı ölüb

Bu gün Şirvan-Sabirabad marşrutu üzrə hərəkət edən mikroavtobus yolu keçən azyaşlını vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sabirabad rayon Olimpiya kompleksinin qarşısında baş verib.

Mikroavtobusun vurduğu Sabirabad rayon sakini, 12 yaşlı Babazadə Rəvan hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR