• HADİSƏ

    02:17 20 yanvar 2021

Sabirabadda piyadanı avtomobillə vuran sürücü ərazidən yayınıb

Sabirabdda piyadanı vuran avtomobil hadisə yerindən uzaqlaşıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil yolu keçən şəhər sakini, 1994-cü il təvəllüdlü Ataşov Yusif İntizam oğlunu vuraraq ona ağır xəsarət yetirib. Nəticədə piyada ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən yayınıb.

Hazırda avtomobilin axtarışları və sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR