Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapılıb - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 13:56 10 May 2019

Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapılıb - YENİLƏNİB

Sabirabadda meyiti tapılan şəxsin kimliyi məlum olub. 

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, araşdırmalar zamanı həmin şəxsin Şirvan sakini, 1969-cu il təvəllüdlü İlham Əbülfət oğlu Cəbiyev olması müəyən edilib. Onun meyitinin üzərində döymələr və iynə izləri aşkar edilib.

Hazırda ölümün səbəbləri araşdırılır. 

***

Saat 10:38

Sabirabadda naməlum kişi meyiti tapılıb.

ONA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb. Kənd ərazisində xalçaya bükülmüş naməlum kişi meyiti aşkar edilib. Meyiti tapılan şəxs 50-55 yaşlarındadır. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Teqlər: Sabirabad meyit bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR