Hacıqabul-Bəhrəmtəpə magistralının 20-ci kilometrliyində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaralar kənd sakini, 1985-ci il təvəllüdlü Səmidov Qədir Mirfazil oğlunn idarə etdiyi mişar daşı ilə yüklənmiş “KaMAZ” markalı 54 AC 552 dövlət nömrə nişanlı avtomobillə Ağcabədi rayonunun Hindarx kənd sakini, 1970-ci il təvəllüdlü Həmidov İlyas Məşğul oğlunun idarə etdiyi çınqıl yüklənmiş “KaMAZ” markalı 04 BP 038 dövlət nömrə nişanlı avtomobil qarşı-qarşıya toqquşub.
Birincinin sürücüsü Şirvan şəhər xəstəxanasına çatdırıldıqdan bir neçə dəqiqə sonra dünyasını dəyişib.
İkinci avtobilin sürücüsü isə ağır vəziyyətdə Sabirabad rayon xəstəxanasına çtdırılıb. Onun ayaq barmağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
****
20:50
Sabirabad rayonunda ağır yol yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
İki “KaMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində Qaralı kənd sakini Həmidov Qədir Fazil oğlu Şirvan Mərkəzi rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
İlin məlumata görə, yaralanan digər şəxs isə Sabirabadda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.