Şabran rayonunda əlillər üçün inşa edilən binadan 5 tonluq metal su çənini və digər əşyaları oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də şəhər ərazisində Qarabağ əlilləri üçün inşa edilmiş yaşayış binasını su ilə təmin edən metaldan hazırlanmış 5 tonluq su çənini, su mühərrikini, plastik su borularını və elektrik naqilini oğurlamaqda şübhəli bilinən Şabran sakini İ.Heydərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.