• HADİSƏ

    15:50 28 may 2019

Şabranda itkin düşən məktəbli tapılıb

Ötən gün itkin düşən Şabran rayonunun Dağbilici kənd sakini, 2007-ci il təvəllüdlü Dürdanə Balaşah qızı Daşdıyeva tapılıb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, onunla birlikdə evdən çıxaraq geri qayıtmayan azyaşlının qardaşının həyat yoldaşı, 22 yaşlı Çinarə Daşdıyevanın da olduğu yer müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR