Şabranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəndob kəndi ərazisində qeydə alınıb. “VAZ-2109” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlar - Şabran rayon sakinləri 1992 Əliyev Əli Rais oğlu, 1988-ci il təvəllüdlü Mürsəliyev Vüqar Ağacan oğlu və 25 yaşlı Mürsəliyev Məmmədi İlham oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.