• HADİSƏ

    15:59 2 aprel 2019

Şabranda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, “Nissan” markalı avtomobil “Shaqman” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxslər - Şabran rayon sakinləri Toğrul Hüseynov və Nurulla Əsədullayevdir. T.Hüseynov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağla araşdırmalar aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR