• HADİSƏ

    10:47 14 avqust 2022

Şabranda qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bu gün Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, hadisə Şabran-Çuxurəzəmi yolunda qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR