• HADİSƏ

    05:36 7 may 2019

Sabunçu rayonunda motosikletlə avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində avtoqəza zamanı 1 nəfər xəsarət alıb.

ONA-nın məlumatına görə, gecə saatlarında motosikletçi 22 yaşlı Ağayev Həsən Fərhad oğlu idarəetməni itirərək "VAZ 2106" markalı minik maşınına çırpılıb.

Nəticədə motosiklet sürücüsü yüngül bədən xəsarəti alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR