• HADİSƏ

    03:20 1 sentyabr 2019

Sabunçuda ana övladını bıçaqlayıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, rayonun Ramana sovxozunda yaşayan 1986-cı il təvəllüdlü Səmədov Ayaz anası tərəfindən bıçaqlanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR