• HADİSƏ

    09:52 8 aprel 2019

Sabunçuda ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Bildirilir ki, alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR