Bakının Suraxanı rayonunda ev yanarkən tüstüdən boğularaq ölən azyaşlıların adları məlum olub.
APA-nın məlumatına görə, ölənlər 3 yaşlı Əlizadə Rüqayyə Anar qızı və 6 yaşlı Əlizadə İsmayıl Anar oğludur.
Bildirilir ki, yanğın baş verərkən uşaqların valideynləri evdə olmayıb.
22:14
Bakı şəhərində fərdi yaşayış evi yanıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.