• HADİSƏ

    11:51 25 aprel 2019

Sabunçuda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Bakının Sabunçu rayonu ərazisində yol qəzası baş verib.

ONA-nın məlumatına görə, qəza Ramana-450 qəsəbəsində (Şuşa şəhərciyi) qeydə alınıb.

İki minik avtomobili yol ayrıcında toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri işıq dirəyinə dəyərək, dirəyi aşırıb.

Qəzada bir nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR