• HADİSƏ

    01:20 16 may 2019

Sabunçuda avtomobil qəzasında 3 nəfər xəsarət alıb 

Bakının Sabunçu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONA xəbər verir ki, NİVA markalı minik avtomobili digər avtomobillə toqquşub.

Hadisə nəticəsində NİVA-nın sürücüsü, 1963-cü il təvəllüdlü Məmmədov Mehrac, sərnişinlər, 1956-cı il təvəllüdlü Məmmədov Nəbi və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

N.Məmmədova almacıq sümüyünün sınığı, A.Əfəndiyevə isə bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR