Sabunçuda narkotik satan şəxslər tutulub
  • HADİSƏ

  • 13:12 11 Aprel 2019

Sabunçuda narkotik satan şəxslər tutulub

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər  saxlanılıb.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən xəbərə görə, əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Mütəllim Babayev saxlanılıb.

Onun üzərinə baxış zamanı 5,695 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış zamanı oradan 3 kiloqram 200 qram narkotik vasitə olan heroin,104,17 qram marixuana, həmçinin elektron tərəzi və bir əddə müvafiq sənədləri olmayan “Magnum” markalı ov tüfəngi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Sabunçu RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəfael Hüseynov Bakıxanov qəsəbəsində tutulub. Polis əməkdaşları onun əlindəki idman çantasına baxış keçirən zaman 5 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edərək götürüblər.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri Buzovna qəsəbəsində əkdiyini, daha sonra satmaq məqsədi ilə qurutduğunu bildirib.

Qeyd edilən hər iki faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

Kəmalə Quliyeva

Teqlər: Sabunçu narkotik bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR