Sabunçuda “NİVA” qadın piyadanı vuraraq çanaq sümüyünü sındırıb
  • HADİSƏ

  • 23:39 06 Sentyabr 2019

Sabunçuda “NİVA” qadın piyadanı vuraraq çanaq sümüyünü sındırıb

 

 

Sabunçu rayonunda piyadanın xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Zabrat qəsəbəsində "Niva" markalı minik avtomobili 1964-cü il təvəllüdlü Abdullayeva Elza Rəşid qızını vurub.

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR