Ramana qəsəbəsində piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
ONA-nın məlumatına görə, Şuşa şəhərciyində 214 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Mürsəlova Könül Sahib qızını vurub.
Avtobusun sürücüsü yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.
Yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
K.Mürsəlovanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.