• HADİSƏ

    23:58 3 may 2019

Sabunçuda sürücü vurduğu piyadanı xəstəxanaya çatdırıb

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, Bakıxanov qəsəbəsində qeydə alınan qəza zamanı 1984-cü il təvəllüdlü Salmanov Bəhlul Əsgər oğlu piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçərkən yaralanıb.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Bel-ombanın və döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya qəbul edilən B.Salmanov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR