Şağan qəsəbəsində 30 yaşlı kişiyə naməlum şəraitdə bıçaqla xəsarət yetirilib.
ONA xəbər verir ki, hadisə Nüsrət Məmmədov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Nizam Mirilqar oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.