• HADİSƏ

    18:37 27 mart 2019

Bakıda tələbə ilə şagird arasında baş verən insidentin səbəbi açıqlanıb

"Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib".

Bu barədə ONA-ya 138 nömrəli tam orta məktəbdən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün baş verib. Məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsi məktəbdə siqaret çəkdiyi üçün XI sinif şagirdi ondan siqaret çəkməməsini xahiş edib.

Məktəb rəhbərliyinə insident barədə hüquq-mühafizə orqanları məlumat verilib.

Qeyd edək ki, bu gün bir sıra saytlarda Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən məktəbdə şagirdlərin birləşib müəllimi döydüyü xəbəri yayılıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR