Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.