• HADİSƏ

    01:41 12 iyun 2019

Salyan rayonunda təhlükəli sursat tapılıb - FOTO

Salyanda raket aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən ONA-ya verilən məlumata görə, Salyan rayonu, Şirvan Milli Parkının ərazisində 1 ədəd mərminin tapılması barədə Agentliyə məlumat Dövlət Sərhəd Xidməti tərəfindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 140 mm-lik M-14 raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 2000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR