• HADİSƏ

    20:09 27 mart 2019

Salyan sakinindən heroin və silah götürülüb

Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakini, 1978-ci il təvəllüdlü Əliyev Mais Sabir oğlunun üzərinə baxış zamanı iki ədəd sellofan bükümdə ümumi çəkisi 5, 144 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Yaşadığı evə baxış zamanı isə qundağı kəsilmiş odlu silah, 14 ədəd patron və sandıq darağı aşkarlanıb.

M. Əliyev ilkin dindirilmədə cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR