• HADİSƏ

    06:12 11 sentyabr 2020

Salyanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Yolüstü kəndində baş verib.

“Mitsubishi Pajero” markalı avtomobil yolu keçən Şirvan sakini, 1964-cü təvəllüdlü Əbülfəz Akif oğlu Əhmədovu vurub.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR