• HADİSƏ

    11:23 21 aprel 2019

Salyanda avtomobil piyadanı vurub

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

ONA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Salyan rayonunun Varlı kəndində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçən rayon sakini, 1982-ci il təvəllüdlü Həsənova Xəyalə Tahir qızını vurub. Sonuncu ayağının sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR