Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonunun Xıdırlı
kəndindən keçən hissəsində Biləsuvar rayonunun Aranlı kənd sakini, 65 yaşlı Ağamusa Ramazan oğlu
Fətullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürcü Salyan Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlərin səyinə bxmayaraq sürcü aldığı xəsarətlərdən orada keçinib. Avtomobildə olan sərnişin - sürücünün oğlu 23 yaşlı Əli Ağamusa oğlu
Fətullayev yüngül xəsarət alıb.
Faktla bağlı araşdıma aparılır.