“Mercedes” markalı avtomobilin vurduğu Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Müseyib oğlu ağır xəsarətlər alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yaralı Salyan rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.