• HADİSƏ

    12:04 19 aprel 2019

Salyanda bir ailə qəzaya düşüb, 4 yaşlı uşaq ölüb

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

ONA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb. “OKA” markalı avtomobilin aşması nəticəsində 4 yaşlı Əhlimanov Ruslan Mail oğlu ölüb. Avtomobildə olan - 1988-ci il təvəllüdlü Əhlimanov Mail Babalar oğlu və 1991-ci il təvəllüdlü Əliyeva Asudə Əlövsət qızı isə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənin üzvləridir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR