Aprelin 25-də Salyanda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət almış sərnişinlərdən biri - Cəlilabad sakini, 1952-cil təvəllüdlü Məmmədqulu Soltanov xəstəxanada dünyasını dəyişib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi isə davam etdirilir.
Qeyd edək ki, M.Soltanov mikroavtobusun sərnişini olub.
***
25 aprel, Saat 19:45
Salyan rayonunun Noxudlu kəndi ərazisində - Ələt-Astara magistralı ilə Şirvan-Salyan yolunun kəsişməsində “Ford” markalı mikroavtobusla “Mercedes” markalı minik maşını toqquşub.
ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 3 nəfərə yerində yardım göstərilib, 4 nəfər isə Salyan rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.