Salyan rayonunda 2 və 4 yaşlı uşaqlar yanıq xəsarətləri alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qırxçıraq kən sakinləri olan 2015-ci il təvəllüdlü Mirzəyev Ruslan Raqib oğlu və 2017-ci il təvəllüdlü Mirzəyeva Milis Talıb qızının üzərinə qaynar süd dağılıb.
Hər iki uşaq xəstəxanada tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.