• HADİSƏ

    04:12 4 avqust 2020

Salyanda zəncirvari qəzada ağır xəsarət alan sürücü Respublika Cüzəm Xəstəxanasının baş həkimidir - FOTO - YENİLƏNİB

Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewo”, “Tayota Prado” və “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Yaralılardan kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

***

16:41

Salyanda zəncirvari qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlarda birinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, hadisənin əsas iştirakçısı olan “VAZ-2107” markalı avtomobil hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR