Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun Sabir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"QAZEL" markalı yük avtomobili yolu keçən şagirdlərdən birini, 2005-ci il təvəllüdlü Həmidov Ruzi Zakir oğlunu vurub. O, ağır dərəcəli kəllə-beyin travması, ağır beyin əzilməsi, travmatik şok, döş qəfəsin əzilməsi diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıb. Onun vəziyyəti ağırlaşdığı üçün təcili Bakıdakı xəstəxanalardan birinə göndərilib. Qeyd edək ki, Ruzi Həmidov Sabir qəsəbə tam orta məktəbin 9-cu sinif şagirdidir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.