Şamaxıda avtomobil aşıb, ana və iki azyaşlı övladı xəsarət alıb - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 09:10 04 Avqust 2019

Şamaxıda avtomobil aşıb, ana və iki azyaşlı övladı xəsarət alıb - YENİLƏNİB

Bu gün Şamaxıda minik avtomobilinin aşması nəticəsində ana və iki övladı xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Kamran Salahovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin aşması nəticəsində Ağsu sakinləri, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Salahova Ruhəngiz Zülfüqar qızı, onun övladları - 2008-ci il təvəllüdlü Salahova Fatimə Kamran qızı, 2012-ci il təvəllüdlü Salahov Abdullah Kamran oğlu xəsarət alıblar.

Ana və övladları Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

saat 09.08

Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 8:20 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxının Muğanlı kəndi ərazisində qeydə alınıb.

"07-BX-425" dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində bir qadın və iki azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Teqlər: Şamaxıda qəza bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR