• HADİSƏ

    21:38 3 noyabr 2019

Şamaxıda avtomobilin aşması nəticəsində sürücü ölüb - FOTO

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 18:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb.

Şamaxı sakini, 1989-cu il təvəllüdlü Kərimov Eldəniz Hidayət oğlu idarə etdiyi 10-NG-734 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. Sürücü ağır bədən xəsarətləri aldığı üçün Təcili Tibbi Yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, E.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR