Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, 2-si Rusiya vətəndaşı olmaqla 7 nəfər xəsarət alıb.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119 kilometrliyində Şamaxı rayon ərazisində qeydə alınıb. "Niva" və "Hyundai" markalı iki minik maşını toqquşub. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti yüngül olduğundan evə buraxılıb. Digər 4 nəfər Şamaxı rayon mərkəzi xəstəxanasına aparılıb. Bunlar Şamax rayon sakini 1952-ci il təvəllüd Qədirov Nadir Qədir oğlu, Kürdəmir rayon sakini 1985-ci il təvəllüdlü Məlikov Rəvan Əlibala oğlu, Rusiya vətəndaşları 1967-ci il təvəllüdlü Məlikova Natalya Anatoliyevna və 1987-ci il təvəllüdlü Məlikova Nərmin Sübhanovnadır.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov