• HADİSƏ

    18:06 1 iyun 2019

Şamaxıda bir ailənin iki üzvü avtomobil qəzasında dünyasını dəyişib - FOTO - VİDEO

Şamaxı şəhərində ağır avtomobil qəzası baş verib. ONA-nın yerli bürosunun xəbərinə görə Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində "Niva" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində "Niva"da olan Şamaxının Quşçu kənd sakinləri, 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil aldığı ağır xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR