• HADİSƏ

    04:23 24 iyun 2019

Şamaxıda iki minik avtomobili toqquşub, bir ailənin 3 üzvü xəsarət alıb - FOTO

Şamaxıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:30 radələrində Bakı-Şamaxı yolunun Mərzəndiyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1950-ci il təvəllüdlü Zeynalov Əjdər Xankişi oğlu, gəlini Nüşabə Zeynalova, qızı Elmiyə Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR