Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Şamaxı şəhər sakini, 1959-cu il təvəllüdlü Mustafayevə Məfkurə Abdulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
O, Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.