• HADİSƏ

    13:51 7 aprel 2019

Şamaxıda sel suları yola, elektrik dirəklərinə və su xəttinə ziyan vurub

Şamaxı rayonunda Pirsaat çayına gələn güclü sel təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün sel suları rayonun Sabir qəsəbəsində avtomobil yolunu dağıdıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Sel suları çay kənarındakı bir neçə elektrik dirəyini aşıb, içməli su xəttinə ziyan vurub.

Şahnəzər Bəşirov

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR