• HADİSƏ

    22:33 23 avqust 2019

Şamaxıda "Tofaş" beton piltəyə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 22 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

50-CM-013 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili yoldan çıxaraq betona çırpılıb, 4 nəfər xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR