• HADİSƏ

    17:55 10 aprel 2019

"Samur" gömrük postunda külli miqdarda qanunsuz siqaret aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E300" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

ONA-nın Dövlət Gömrük Kömitəsinə istinadən xəbərinə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 20 840 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR