• HADİSƏ

    02:54 14 mart 2020

Samux sakini itini yemləyən zaman it onu dişləyib

Samux rayon sakinini it dişləyib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırmızı Samux kəndində qeydə alnıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Eyyubov Knyaz Cuma oğlu it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb. Xəstənin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, 63 yaşlı kişi yaşadığı evdə itini yemləyərkən it ona hücum edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR