• HADİSƏ

    16:10 27 dekabr 2020

Samuxda 18 yaşlı qız dəm qazından zəhərlənib

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü Yusibova Nuranə Xəlil qızı yaşadığı evin vanna otağında zəhərlənib. Dərhal gənc qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub

ONA

Teqlər:

SON XƏBƏRLƏR