• HADİSƏ

    13:44 5 may 2019

Samuxda 27 yaşlı gənc bıçaqlanıb

Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.

ONA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.

Belə ki, 27 yaşlı İlqar Həmzəyev bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. İ. Həmzəyev əməliyyat olunub, vəziyyəti kafidir.

Hadisə hansı səbəbdən baş verdiyi məlum deyil. Cinayəti törədən şəxs və ya şəxslərinin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR