• HADİSƏ

    18:33 4 may 2019

Samuxda bələdiyyə sədri avtomobil qəzasında ölüb - FOTO

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, Goranboy sakini Sakit Verdiyevin idarə etdiyi “Mercedes” markalı, 22-BJ-696 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, daha sonra kanala düşüb.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Sakit Verdiyev Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR