• HADİSƏ

    23:24 20 mart 2019

Samuxda qadın əri tərəfindən bıçaqlanıb

Samuxda qadın əri tərəfindən bıçaqlanıb.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib. Qəsəbə sakini, 1964-cü il təvəllüdlü Dilbər Məhərrəmova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirlib, orada əməliyyat olunub, vəziyyəti orta ağırdır. Zərərçəkənin yaxınları onun bir neçə dəfə əri tərəfindən bıçaqlandığını deyiblər.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR