• HADİSƏ

    07:55 2 aprel 2019

Samuxda yanğın olub, ev sahibi zəhərlənərək ölüb - FOTO - VİDEO

Samuxda 2 otaqlı həyət evində yanğın baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Samux rayon mərkəzinin Abbas Qasımov küçəsində qeydə alınıb. Bu ünvanda Samux rayon sakini, 47 yaşlı Habil Hüseynova məxsus, ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib.

Dərhal hadisə yerinə Samux rayon yanğından mühafizə bölməsinin 2 yanğın söndürən maşını və 10 dan əməkdaşı cəlb olunub və yanğın söndürülüb.

Hadisə yerində ev sahibi H. Hüseynovun meyiti aşkar olunub. Onun tüstüdən zəhərlənib öldüyü ehtimal olunur.

Yanğının hansı səbəbədən baş verdiyi araşdırılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR