• HADİSƏ

    01:56 22 noyabr 2019

Samuxda minik maşını aşıb, 2 nəfər xəsarət

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan “BMW” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan rayonun Ziyatlı kənd sakinləri – 1981- ci il təvəlldlü Qocayev Ravil Firdovsi oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ələkbərova Gültəkin Xaliq qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşənlər kənddə keçirilən toy məclisindən qayıdırlarmış. Hadisəyə səbəb yüksək sürətin olduğu bildirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR